Milli Məclisin deputatı Elmira Axundova dekabrın 9-da Niderland Krallığının Haaqa şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, burada millət vəkilinin müəllifi olduğu “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı kitabın təqdimat mərasimi keçiriləcək.
İngilis dilinə tərcümə olunmuş kitabın təqdimatında Niderland Parlamentinin deputatları, ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, Avropa Azərbaycanlıları Konqresinin üzvləri iştirak edəcəklər.
Tədbirdə görkəmli dövlət xadiminin ömür yolu, siyasi fəaliyyəti barədə söhbət açılacaq, onunla bağlı xatirələr səsləndiriləcək.