11 Dekabr 2018 10:13
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, 2018-ci ilin sonunda 3,9 milyard nəfər (planet əhalisinin 51,2%-i) internetə çıxış imkanına malik olacaq.

Teleqraf.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının informasiya texnologiyaları üzrə mütəxəssisləri müvafiq araşdırma aparıblar.

Onların məlumatına görə, 13 il ərzində Afrika ölkələrində internetə çıxışa malik əhalinin payı 2005-ci ildə 2,1 faizdən 2018-ci ildə 24,4 faizədək yüksəlib.

Bundan başqa, internetə çıxış imkanına malik olan dünyanın inkişaf etmiş ölkələrində yaşayan sakinlərin sayı 51,3-dən 80,9%-dək, inkişaf etməkdə olan ölkələrdə isə 7,7-dən 45,3%-dək yüksəlib.

MDB ölkələrində internetin nüfuzetmə səviyyəsi orta hesabla 71,3%, Avropa dövlətlərində isə 79,6% təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər