14 Dekabr 2018 19:55
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı hərbi kəşfiyyatçı İbad Hüseynov “Arsenal” – “Qarabağ” oyununda erməni təxribatçının üzərində erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə çıxmasına münasibət bildirib.

O, Oxu.Az-a açıqlamasında deyib ki, buna hazırlıqlı olmaq lazımdır:

“Onlar hər zaman təxribatçı olub. Bu, ermənilərin qanında var. Belə olanda bizimkilər də hazırlıqlı olmalıdır. Mən bütün dünyaya sübut etmişəm ki, bu beynəlxalq terrorçunun, “Avo” ləqəbli Melkonyanın başını mən kəsmişəm. Düzdür, bizimkilər bunu qəbul etmək istəmir. Onun guya başının kəsilmədiyini, dəfn mərasimi zamanı başının üzərində olduğunu bildirirlər. Mən özümü tərifləmək istəmirəm. Bunu Vətən üçün etmişəm. Amma ermənilər belə təxribata yol verəndə bizimkilər də mənim və ya digər müharibə qəhrəmanlarının şəkillərini üzərlərində gəzdirməlidir. Çünki onlara adekvat cavab vermək lazımdır”.

Qeyd edək ki, erməni terrorçu Monte Melkonyan 1993-cü ilin iyunun 12-də öldürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər