“Çağ” Öyrətim İşlətmələri Şirkəti Vergilər Nazirliyini məhkəməyə verib. Teleqraf.com xəbər verir ki, bu barədə AzVision.az-a 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, artıq bununla bağlı iki iclas keçirilib. Hakim Fəqan Əhmədovun sədrliyi ilə iclasa baxış aprelin 2-də, növbəti iclas isə aprelin 25-də baş tutub.
Sonuncu proses zamanı məhkəmə təxirə salınıb.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinin nazirliyi məhkəməyə verməsinin səbəbi isə qurumun şirkət haqqında çıxardığı qərarla bağlıdır. Şirkət nazirlikdən vergi qərarının ləğv edilməsini istəyir.
Sayt “Çağ” Öyrətim İşlətmələri Şirkətinə müraciət edərək məsələni aydınlaşdırmağa çalışıb.
Şirkətdən bildirilib ki, mətbuata şifahi açıqlama verilmir, məlumat almaq üçün rəsmi sorğu göndərmək lazımdır.
“Çağ” Öyrətim İşlətmələri Şirkətinə rəsmi sorğu göndərsək də hələ ki, cavab verilməyib.
Xatırladaq ki, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Fətullah Gülən “camaatına” məxsus olduğu iddia edilir.