26 Dekabr 2018 18:39
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi millət vəkili Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya yazdığı açıq məktuba münasibət bildirib.

Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Teleqraf.com-a açıqlamasında deyib ki, Təhsil Nazirliyi hər zaman maarifçilik və təhsilə çağırış hallarını müsbət qarşılayıb: “Təhsillə, elmlə bağlı çağırış təqdir olunmalıdır. Bu mənada millət vəkili Qüdrət Həsənquliyevin açıq məktubunda qeyd edilən fikirlərə müsbət yanaşırıq”.

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb.

Deputat məktubda qız uşaqlarının məktəbdən yayınması hallarına toxunub: “Düşünürəm ki, din xadimləri öz xütbələrində, iştirak etdikləri məclislərdə rəvayətlər danışmaq əvəzinə qızların təhsil almalarını, qadın hüquqlarını, xeyriyyəçiliyi, haqqı və ədaləti təşviq etməli, bu istiqamətdə ardıcıl təbliğat aparmalı, sivil cəmiyyət quruculuğuna öz töhfələrini verməlidirlər”.


Müəllif: Aytən

Oxşar xəbərlər