“Google” şirkəti saxta Kürdüstan xəritəsini axtarış sistemindən silib.
Teleqraf.com xəbər verir ki, qondarma xəritə Türkiyə hökumətinin tələbi ilə götürülüb.
“Böyük Kürdistan xəritəsi” Türkiyənin Şərq bölgələri ilə yanaşı, Güney Azərbaycanın qərb ərazilərini əhatə edir.
Xəritəyə baxmaq istəyənlərə “Bu xəritə istifadə qaydalarını pozduğuna görə artıq əlçatan deyil” bildirişi göndərilir.