Teleqraf.com dünyanın nüfuzlu ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Bu dünyada mütləq bir adam var ki, onun yanında olanda sizə dəyər verməyənləri unudacaqsınız. İlin son günüdür. Səbrli, eyni zamanda nikbin olun.
Boş söhbətlər, mübahisələr və müzakirələrə vaxt ayırmayın. Əks təqdirdə münasibətlərin aydınlaşdırılması gərginləşəcək, münaqişə yaranacaq.
Problemlər, maraqlar və niyyətlərin qovuşuğu indi informasiya, məlumatlardan yararlanma müstəvisindədir. Əlaqələr, təmaslar və qarşılıqlı tərəfdaşlıq da çox mühümdür.
Yaxınlarınız və ya həmkarlarınızdan birinin həyatındakı olay sizi narahat edə bilər. Yəqin ki, həmin adama yardım etməli, onun həyəcanlarına qatılmalı olacaqsınız.
Ev işləri üçün yaxşı gündür. Kiçik işləri başa vurun, yaşam arealınızı qaydaya salın, nizam yaradın, hər şeyi yerbəyer edin. Daha maraqlı və perspektiv fəaliyyətə hazırlaşın.
Buğa - Doğrulmayan ümidlər, puç olan xülyalara görə dərindən təəssüflənməyin. Yeni il yeni şanslar və imkanlar vəd edir. Yaxın ətrafınızdakı insanlardan birinin fəaliyyəti və ya danışıqları "sürpriz"lər vəd edir. Çalışqan, qətiyyətli, inadkar olun. Cavab reaksiyası istədiyiniz kimi olmaya bilər.
Sakit gün deyil. Münasibətləri gərginləşdirməmək, nəyisə korlamamaq üçün ehtiyatlı olun. Cari dəyişikliklərdən qəfil mənfəət əldə edə bilərsiniz.
Uzaqdan xəbər, faydalı informasiya, dəstək gələcək. Hadisələrin bəzilərini, xüsusilə də bir neçə problemi qabaqlayaraq onlar barədə məlumat əldə etməyə çalışın.
Yaxın günlərin, çətin də olsa, konstruktiv dəyişikliklərə səbəb olması üçün planlarınızda dəyişikliklər etmək gərəkdir.
Əkizlər - 2014-cü ilin problemlərini gələn ilə daşımayın. Kollektiv iş və ya istirahətlə bağlı situasiyalar xüsusi diqqət tələb edir. Başqalarını təəccübləndirəcək əmələ yol verməyin.
İndiyədək yaxşı tanıdığınızı düşündüyünüz insan hərəkəti ilə sizi heyrətləndirə bilər. Günün hadisələri və axarı sizi hələlik təfərrüatları olmayan fikirlərə istiqamətləndirir.
Mühüm proseslərə nəzarət etməyə çalışacaqsınız. Gərəksiz, ballasta çevrilmiş münasibət və ya insandan qurtulun. İzafi gərginlikdən xilas yolu ev işləridir.
Yaxınlarınızla mübahisələrə, yaxud da münaqişələrə rəvac verməyin. Çünki onların dəstəyi indi sizin üçün abstraksiya deyil.
Xərçəng - Sakitlik, istirahət və əyləncə günü deyil. Bayramdır, şənlənin, sevinin. Sizə dəyər verənləri sevindirin. Dəyişikliklərə dərhal reaksiya verin. Cari situasiyalara münasibətinizi dərhal dəyişin. Qıvraq, çevik, cəld olun. Yaxşı reaksiya və problemləri anlamağınız gərəkdir.
Şərtlərin sizi ritmdən sapdırmaması üçün əlavə səylərə ehtiyac duyulur. Hadisələrlə xəbərlərin məziyyətləri "partlayış"lıdır. Emosiyalarınıza nəzarət edin.
Mühüm hadisələr bu gün inkişaf edəcək. Bəzi məsələləri özünüz həll edə bilərsiniz. Plan üzrə getməyən məsələlər və ya olaylar əlavə, ciddi diqqət tələb edir.
Təhlükəsizliyinizi təmin edin. Qəza risklərinin az olmadığı gündür.
Şir - Yeni il yaxşı günlər, xoş arzular vəd edir. Rəqiblərin zərbələrini, dostlarla tərəfdaşların naqolay fəaliyyətinin yarada biləcəyi problemləri dəf etməyi bacarın. Təmaslar nə qədər çox olarsa, bir o qədər çox sinirlənəcəksiniz.
Yaşananlara da sakit, soyuqqanlı yanaşın. Problemləri qeyri-standart şəkildə həll etmək olar. Təkliflər, informasiya çoxdur. Bu gün mühüm seçim günüdür.
Romantik münasibətlər işgüzar planları poza bilər. Sizi nə isə narahat edirsə, nigaran qalıbsınızsa - qətiyyətlə davranın, çətinliyi aradan qaldırmağa cəhd göstərin.
Ətrafınızdakı adamların problemlərdən bəhs etməsi və hadisələrin sürətli inkişafı qaçılmazdır.
Qız - Fürsətlərdən yararlanın və gələn ildə də belə olun. Aktiv, qoçaq insan kimi tanının. Sürətli, aktiv, enerjili həllər tələb edən gündür. Belə həllər yaşam, işlər, fəaliyyət və tapşırıqlarda ciddi dəyişikliklərə səbəb ola bilər.
Narazılıq yaranan müstəvidə dəyişikliklər edin. İstək və qüvvəniz olmasa belə, bunu reallaşdırın.
Qəfil informasiya, görüş və ya problem fərqli davranmağınızı şərtləndirə bilər. İntuisiyanızın verdiyi siqnalları qulaqardına vurmayın.
Diqqətli olun. Günün ümumi gərgin fonu münaqişələr üçün əlverişli zəmin yaradır.
Ətrafınızdakı insanlardan birinin paxıllığının bədxahlığa çevrilməsini sezməyi bacarın.
Tərəzi - Ötən ildə buraxdığınız səhvləri, yol verdiyiniz yanlışlıqları yeni ildə təkrarlamayın. Planlardakı gözlənilməz dəyişiklikləri labüd qəbul edin. Xəbərlər yenilənir, yanınızdakı adamlar arasında emosional davrananlar tapılır.
Günün lüzumsuz gərginlik olmadan keçməsi üçün yaşananları həyatınıza müxtəliflik gətirə biləcək olaylar kimi dəyərləndirin. Hər şeyin plan üzrə getməsinə can atmayın.
Maraqlar uyğundursa, qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil. Dostlarla görüş yaxşı keçəcək, yeni və ümumi ideyalar yaranacaq. Bir yerdə qalmayın.
Mümkün qədər çox hərəkət edin, informasiya mübadiləsindən yararlanın. Vəd və öhdəliklərə riayət edin.
Axşam saatlarında problemlərin həlli asanlaşır. Şərtlərin yeni məqamları əyan olur, imkanlarınızı genişləndirmək perspektivləri və imkanları yaranır.
Fiziki təhlükəsizliyinizi qoruyun. Qəza riskləri var.
Əqrəb - Yaxşı, xoş gündür. Səhhətinizi qoruyun, həddən ziyadə çalışmayın. Yollarda ehtiyatlı olun.
Təxminlənməmiş situasiyalar, ətrafınızdakı insanların davranışlarında qəfil yeniliklər olacaq. Stabilliyi risk altına ataraq qarşıdurmaya getməli, qüvvələrinizi sınamalı olacaqsınız.
Belə situasiyada hansısa itkilər verə bilərsiniz, amma qüvvələrinizi qoruyun. Yeni mərhələnin başlanğıcıdır. Məqsədə doğru qısa yolu düşünməyin.
Baş verənləri diqqətlə müşahidə edin. Fiziki zəifləmə, əhvalın dəyişməsi istisna deyil. Zərurət yaranarsa, çətin söhbətə razılaşın.
Amma mümkün qədər az təzyiq göstərin, tərəfdaşın danışmaq niyyətindən və hadisələrin axarından daha çox yararlanın.
Oxatan - 2015-ci il sizin ilinizdir. İşlərə yaradıcı yanaşma, sürətli və virtuoz davranış tələb olunur. Yerdəyişmələri bir qədər məhdudlaşdırın. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik müşahidə oluna bilər.
Karmik düyünlər peyda olur, önəmli əlaqələrin mənasını fərqli agah edən hadisələr yaşanır. Qərarların qəbulunda tərəddüd etməyin. Emosiyalar çox, arqumentlər azdır.
Ətrafınızdakı insanların sizinlə bağlı gözləntiləri böyukdür. Söz və hərəkətlərinizə olan reaksiyaları diqqətlə izləyin. Bədbin olmayın, impulsiv addımlar atmayın. Yeni mövzu yaranır, yeni tədqiqatların təməli qoyulur.
Şəxsi münasibətlərdə qəfil dəyişikliklər ola bilər.
İşgüzar olun, zəhmətdən çəkinməyin. Mövqelərinizdən asılı olan nüanslar var.
Oğlaq - Bayramı sevdiyiniz insanlarla keçirin. Yaşamınızda qəfil hadisələrə hazır olun. Uzaqdan gələcək xəbər planlarınızda qəfil dəyişikliklərə səbəb ola bilər.
Yaxınlarınız sizdən qayğı və diqqət tələb edirlər. Onların nəzərinə çatdırın ki, münasibətlərin aydınlaşdırılması təxirə salınır. Gərəkli hesab etdiyiniz işlərlə məşğul olmaq niyyətindəsiniz.
Şərait mövqelərin aktiv izharını çətinləşdirib. Bu səbəbdən də mühüm açıqlamanı və yaxud yeni işə başlamağı hələlik təxirə salın.
Alış-veriş üçün əlverişli vaxt deyil.
Seçim situasiyasına düşməyə çalışmayın. Axşam saatlarınla sadəcə, istirahət edin.
Dolça - Bu gün, xüsusilə də axşam saatlarında yaxın ətrafınızdakı insanlarla təmasların həddən ziyadə olmasından usana bilərsiniz. Tək qalmaq, müstəqil şəkildə işləmək istəyirsiniz. Amma bunu etməyin. Bayramdır - unutmayın...
Lakin sizi tək işləməyə qoymayacaqlar. Planlar dəyişəcək, yaşamınıza daxil olan informasiyanın həcmi isə artacaq.
Yeni dostlar tapmaq və ya romantik maraqlarınızı təmin etmək üçün internetdən də yararlana bilərsiniz.
İntellektual çalışın, məlumatların mübadiləsi, maraqlandığınız predmetin müstəqil axtarışı ilə məşğul olun. İşlərin irəliləyişinə mərhələlərlə, köklü və əsaslı şəkildə nail olun.
Yaşamın xırdalıqlarına fikir verməyin.
Bu gün qəza riskləri az deyil. Ehtiyatlı olun.
Balıqlar - 2015-ci ilə yaxşı başlamaq üçün fiziki tonusunuz və şəxsi təhlükəsizliyinizin təminatı ilə məşğul olun. Həyat sizə problemlər və əvvəl yol verdiyiniz səhvlərin bəzilərinin təkrarını hazırlayır.
Səliqəli olun, reaksiyalarınızda tələskənliyə yol verməyin. Sizi seçim və ya hərəkətlə bağlı tələsdirmək istəyənlərin felinə uymayın.
Səliqəli olun. Stabillik və rahatlıq olmayacaq.
Ətrafınızdakı insanlar tələsir, münaqişə edir, inciyirlər. Məntiqli davranın. Gərəksiz əlaqələr və münasibətlərdən qurtulun.
Əgər nə isə, kimsə sizin səbr kasanızı daşdırmaq üzrədirsə, bu gün şəxsi həyatınızda köklü dəyişikliklər zamanı olacaq.
Axşam saatlarında alış-veriş etmək olar.
Milli.Az