1 Yanvar 2019 02:11
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin ilk dəqiqələrində Dənizkənarı Milli Parkda atəşfəşanlıq təşkil edilib.

Teleqraf.com xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

Məlumat üçün bildirək ki, yeni ilin ilk ayı - yanvar ayı (latınca "Yanvarus") qədim Roma ilahəsi Yanusun şərəfinə adlandırılıb. Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilib.

Rusiyada I Pyotrun fərmanı ilə indiki Yuli təqviminə keçilib. Bu fərmana uyğun olaraq, yanvarın 1-i İsa Məsihin doğum günü - ilin başlanğıcı kimi qəbul edildi və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlandı.

Keçmiş Sovet İttifaqında bu təqvim 1918-ci ildə V.İ.Leninin fərmanı ilə rəsmiləşdirildi. Beləliklə, o vaxta qədər Yeni il hər ayın 13-dən başlayırdısa, bu fərq aradan götürüldü və Yeni il 1 yanvardan hesablanmağa başlandı. O vaxtdan Yeni il yanvarın 1-dən başlayır. 1 Yanvar həm də istirahət günü sayılır.

Azərbaycan müstəqil respublika olduqdan sonra da ölkəmizdə həmin təqvim əsas götürülüb və 1 yanvar istirahət günü kimi qeyd olunur. 2006-cı ildən isə 1-2 yanvar tarixləri bayram günləri sayılır və istirahət günü kimi qeyd edilir.

Şərq qoroskopuna əsasən, 2019-cu ilin simvolu sarı torpaq Donuzu olacaq. Ulduzlar bizə o haqda danışırlar ki, bu il ərzində çox münaqişələr həll ediləcək. İnsanlar bir-birini anlamaqa daha yaxşı öyrənəcəklər, axı ictimai əmin-amanlıq və ünsiyyət sferası aktivləşir.

Donuz 2019-cu ili ərzində dünyaya gəlmiş körpələr son dərəcə sülhsevər olacaqlar və xeyirxah. Onları sadəlövh adlandırmaq olmaz, amma bəzən sadəlövhlük onlara qoyulmuş hədəflərə çatmağa mane olacaq. Ona görə belə uşağın tərbiyəsi prosesində onlara düşmənlərdən yaxşı insanları ayırmağı mütləq öyrətmək lazımdır.

Son 100 ilin Donuz illəri: 1911, 1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər