3 Yanvar 2019 14:29
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşaya giriş üçün inşa edilmiş “Gəncə qapısının” yaxınlığında “Süleymanın çayxanası” yerləşirdi. Atamla bu çayxanada oturaraq Dağlıq Qarabağın möhtəşəm dağlarına açılan mənzərəyə saatlarla tamaşa etməyim hələ də gözümün önündədir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev sosial şəbəkədə qeyd edib.

Həmin çayxananın fotolarını paylaşan Tural Gəncəliyev bildirib ki, Şuşa sakinləri öz asudə vaxtlarını bu çayxanada keçirər, füsunkar mənzərəyə tamaşa edərək Şuşanın tarixi, mədəniyyəti, incəsənəti və tanınmış ziyalılarının həyat və yaradıcılığını müzakirə edərdilər: “Şuşa dəniz səviyyəsindən 1800 metr hündürlükdə olan yüksək plato üzərində yerləşir. Şəhər qala divarları ilə əhatəyə alınıb. Biz inşallah Vətənə geri dönəcəyik!”, - deyə İcma sədri vurğulayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər