5 Yanvar 2019 10:00
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər əhali arasında çox istifadə olunan trans yağların ürək xəstəliyi riskini artırmaqla 2-ci tip diabet, insulin müqaviməti, metobolik sindrom, şişmanlıq və xərçəng kimi bir çox xəstəliklərə yol açdığını deyir.

Teleqraf.com xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, dünyada ilk dəfə 2003-cü ildə Danimarka süni trans yağın istifadəsinə qadağa qoyub.

Mütəxəssislər DST-in 2023-cü ilə qədər trans yağların qida zəncirindən tamam çıxarılması üçün çağırış etməsini mühüm addım sayırlar.

Türkiyədə trans yağlardan qurtulmaq üçün bir sıra layihələr icra olunur. “Türk Kardioloji” və “Sağlamlığa Hə” təşkilatları trans yağların sağlamlığa mənfi təsirləri haqqında xüsusi layihəyə start veriblər.

Layihənin məqsədi trans yağlarla bağlı maarifçilik işi aparmaq və təkliflər irəli sürməkdir.

Mövzu ilə bağlı Anadolu Agentliyinə danışan kardioloq Ayça Boyacı trans yağların bir növ doymamış yağ turşusu olduğunu və iki qrupa ayrıldığını deyib.

Ayça Boyacının sözlərinə görə, gündəlik həyatımızda istifadə olunan məhsulların çoxu süni trans yağlardan hazırlanıb: ”Hazır yeməli məhsullarda, un məmulatları, kartof qızartması, toyuq və bəzi kabablar kimi qızarmış yeməklərdə, mikrodalğalı sobada hazırlanan qarğıdalıda, biskivit, qoflet və duru yağlar kimi bəzi market məhsullarının tərkibində yüksək səviyyədə trans yağ var.

Trans yağ qanda pis xolesterin dediyimiz LDL xolesterinin səviyyəsini və buna bağlı olaraq ürək rahatsızlığı riskini artırır. Eyni zamanda 2-ci tip diabet, insulin müqaviməti, çəki artımı və şişmanlıq, döş, bağırsaq, prostat orqanlarında xərçəngə yol açır. Cinsi pozğunluq və qısırlılıq, erkən doğum və hamiləlik hipertansiyonu, görmə və sinir sistemi inkişafında pozğunluqlar, altsheymer, uşaqlarda isə dermatit, allergik asma, ekzema kimi xəstəliklər riskini gücləndirir”.

DST-na görə, trans yağlar hər il dünyada 5500-ə yaxın insanın ürək damar xəstəliklərindən ölümünə səbəb olur.

Sənaye məhsulu olan trans yağların enerji qaynağı olmasından savayı hər hansı faydası barədə dəlilə rast gəlinməyib.


Müəllif: Aytən

Oxşar xəbərlər