4 Yanvar 2019 18:53
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Lvov vilayətinin prokurorluğunda qətldə ittiham edilən dörd nəfər Azərbaycan vətəndaşına qarşı araşdırmalar başa çatıb.

Teleqraf.com Portal.lviv.ua saytına istinadən xəbər verir ki, onlara qarşı soyğunçuluq və bədənə qəsdən ağır xəsarət yetirmə maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, hadisə 2018-ci ilin iyununda Lvov vilayətinin kəndlərindən birində baş verib. Dörd azərbaycanlı 59 yaşlı kənd sakininin evinə hücum edərək, metal boru ilə onun başından zərbə vurub. Aldığı xəsarətdən kənd sakini hadisə yerində ölüb.

Bundan başqa, onlar evdən 13 min qriven (təxminən 800 manat – red.) pul, televizor və qızıl-zinət əşyaları aparıblar.

Əməlləri sübuta yetirilsə, onları 7 ildən 15 ilədək həbs cəzası gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər