8 Yanvar 2019 17:34
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah saat 10:00-dan 14:30-a qədər Abşeron rayonunun Mehdiabad və Saray qəsəbələrinin bəzi ərazilərində, Qurd Dərəsi, Corat bağlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə Teleqraf.com-a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, fasilə Bağlar Enerji Təchizati və Satiş İdarəsində (ETSİ) 35/6 kV-luq 91 saylı yarımstansiyadan çıxan Mehdiabad-1,2 EVX-də və 35/6 kV-luq 143 saylı yarımstansiyada aparılan təmir işləri ilə əlaqədardır.

"Azərişıq" rəsmisi yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib.

Qeyd edək ki, Abşeron rayonunda elektrik enerjisi təchizatı ilə bağlı problemlər mütəmadi yaranır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər