28 Avqust 2014 00:12
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

LG şirkəti bir neçə yeni televizor modeli nümayiş etdirib. Sentyabrın əvvəlində 65 düymlük model Cənubi Koreyada satışa çıxarılacaq, 77 düymlük model isə Avropa və Şimali Amerika bazarları üçün nəzərdə tutulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, çox yüksək təsvir ölçülü OLED ekranların istehsal texnologiyası ucuz başa gəlmir, buna görə də 65 düymlük aparatın qiyməti 11,7 min dollar təşkil edəcək.

The Verge nəşri yazır ki, OLED ekranlı birinci televizorlar CES 2013 sərgisində Sony və Panasonic şirkətləri tərəfindən nümayiş etdirilib, ancaq LG kommersiya məhsulunu nümayiş etdirən ilk şirkət kimi tarixə düşüb.

LG şirkətindən bildirilib ki, sözügedən texnologiya bazarda öz yerini tutacaq, çünki zamanla istehsalın dəyəri azalacaq və belə televizorlar hamı üçün əlçatan olacaq.


Müəllif:

Oxşar xəbərlər