12 Yanvar 2019 22:27
8 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən dövlət başçısı 2019-cu ili Nəsimi ili elan etdi. Bu xəbərdən sonra Feysbukda Nəsimi ilində iki məsələnin nəticələnməsini istədiyimi bildirdim: Nəsimi məşhur “Sığmazam” qəzəlində “iki cahan” deyib, yoxsa “ikən cahan”; Nəsiminin dərisi soyulub, yoxsa yox?

Feysbukda bu məsələ olduqca maraqlı qarşılandı və bir çox jurnalist, tədqiqatçı, alim fikir bildirdi.
Mövzu maraqlı olduğu üçün həmin fikirlərdən bəzilərini təqdim etməyi doğru hesab etdik.

Məndə sığar...

Filoloq Həsən Əliyev “ikən” məsələsini Bəxtiyar Vahabzadənin ortaya atdığını bildirdi:

““İkən” məsələsini mərhum Bəxtiyar Vahabzadə ortaya atdı. Çox uğursuz tapıntı olsa da, hələ də dövriyyədədir. O vaxt Nəsimini ateist kimi qələmə vermək cəhdi idi bu. Guya Nəsimi "iki" dünya deyəndə axirəti qəbul edən dindar olur, "sığar ikən" deyəndə o dünyanın olduğunu rədd edir... “Məndə sığar iki cahan” güclü mübaliğədir ki, insanın böyüklüyünü təsdiq edir. Nəhayət, 500 il “iki cahan” olub, son 50 ildə döndü “ikən” oldu?”

Türkiyənin Marmara Universitetinin əməkdaşı, türkoloq Mehdi Gəncəli də “iki cahan” tərəfdarıdır:

“Nəsiminin öz qələmindən ərəb əlifbası ilə yazılmış mətni görmək lazımdır. Çünki "iki" də vəznə uyğun gəlir, "ikən" də. Vəznə "ikən" daha uyğun gəlir, amma "iki" kəlməsinin ikinci hecasını "imalə" edəndə vəzn yenə düzəlir. Məncə, "iki cahan" olmalıdır. Ayrıca Nəsimi divanında sayısız qədər "iki cahan" ifadəsi var. Məsələn:

Dilbərin yolunda canı tərk edəm,

Can nədir, iki cahanı tərk edəm.

Can kimi şirinsən, ey şirindəhan,
Mən necə şirin dəhanı tərk edəm?

Aktyor Nurəddin Mehdixanlı da “iki cahan”ın doğru olduğunu qeyd edir:

“Doğrusu, “İki cahan”dır. İzaha ehtiyac görmürəm. Zira bu, Nəsimidən xəbəri olmamaqdır. Nəsimini yaxşı oxuyanlar, bilənlər bunun “iki cahan” olduğunu başa düşürlər. Bunun müzakirəyə ehtiyacı yoxdur! Bu, Nəsimini, Allahsız kimi təqdim etməyə çalışan, sovet təfəkkürünün gülünc düzəlişidir”.

Yazıçı-publisist Mehriban Vəzir də “iki cahan” olduğunu bildirir:

“Çox illər öncə Nəsiminin 600 illiyi idi. Sovet "ziyalı"larından biri "Nəsimi - Ateist Şair" adlı iri bir məqalə yazmışdı. İsbat edirdi ki, Nəsimi "məndə sığar iki cahan" deməyib, "məndə sığar ikən cahan" deyib, çünkü Nəsimi o dünyanın varlığına qətiyyən inanmırdı, ateist idi... və s. belə "elmi" tezislər. Can Nəsimi yenə öz sığmaz halı ilə məkana düşdü. Görək, sovet vaxtı bizə elmi ateizmdən, indi ilahiyyatdan "dərs keçən" "alimlər" nə deyəcəklər”.

Türkiyədə yaşayan həmyerlimiz, tarixçi Elnur Xəlilov isə Türkiyədə çap olunan kitablarda “iki cahan” olduğunu qeyd etdi və orijinal mətni bizə göndərdi.

Həmin mətnləri təqdim edirik:

"Nəsiminin soyulmasına gəldikdə isə vaxtilə Hələbdə şairin məzarını ziyarət edən jurnalist Nicat Dağlara oranın bələdçisi belə demişdi: “Burada danışdınız, daha heç yerdə danışmayın”.


Müəllif: Dilqəm Əhməd