12 Yanvar 2019 22:38
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankaranın Sincan rayonunda orta məktəb direktoru müəllimələrə qəribə qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, Ağşəmsəddin məktəbinin direktoru Mehmet İpək müəllimələrin məktəbə hündürdaban ayaqqabı geyinməsinin qadağan olduğu barədə əmr imzalayıb.

Direktor bunu müəllimələr dikdaban ayaqqabı geyinərkən, koridorda, alt və üst mərtəbələrdə səs-küy yaranması, dərs ahənginin pozulması, şagirdlərin diqqətinin yayılması ilə izah edib. Direktor həmçinin qadınların dikdaban geyməsinin dini baxımdan caiz olmadığını da əsəs gətirib.

Bu qadağa ölkədə ciddi narazılığa səbəb olub. CHP-nin millət vəkili QəmzəTaşcıər direktorun bu addımını pisləyib və onun dərhal vəzifədən uzaqlaşdırılmasını tələb edib.


Müəllif: Teleqraf.com