Prezident İlham Əliyev Azərbaycanın xalq artisti, tanınmış tarzən Firuz Əliyevə mənzil hədiyyə edib.
Bu barədə Teleqraf.com publika.az-a istinadən məlumat verir.
Sənətkar özü xəbəri saytımıza təsdiqləyib və bunları deyib:
"Nə deyəcəyimi bilmirəm. Belə məsələlər sənətkarlar üçün böyük stimuldur. Çünki yaradıcı insanlar çox həssas olurlar. Adi xoş söz belə bizi yaradıcılığa ilhamlandırır. Prezidentə diqqət və qayğısına görə özümün və ailəmin adından minnətdarlığımızı bildirirəm".