28 Avqust 2014 13:44
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev bu gün Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində – Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib.

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsib.

Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. Artıq xeyli vaxt idi ki, istismar müddəti başa çatmış dəmir konstruksiyalı körpü nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradırdı. Dəfələrlə cari təmir işlərinin aparılmasına baxmayaraq, körpünün yenisi ilə əvəz olunması zərurətə çevrilmişdi. Beləliklə, 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.

Diqqətə çatdırılıb ki, körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər