29 Yanvar 2019 14:43
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı qaydalar hazırlanır.

Teleqraf.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

İ.Kərimov qeyd edib ki, qaydalar şəffaf, çevik və bu sahədə çalışan fermerlərin istəklərinə uyğun olmalıdır:

“Bu məsələdə tək səlahiyyət yalnız Kənd Təsərrüfatı Nazirliyinə aid deyil. Bir neçə nazirliyin mövqeyinin olması vacibdir. Ümumilikdə müasir dövrün tələblərinə uyğun olaraq prosedurun daha da təkmilləşməsinə ehtiyac var. Ona görə də bir neçə nazirliklə birgə təkliflərimizi hazırlamışıq. Kənd təsərrüfatı təyinatlı torpaqların öz kateqoriyasına uyğun dəyişdirilməsi və digər kateqoriyalarda istifadə edilməsi sahəsində prosedurlar təkmilləşdiriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər