29 Yanvar 2019 19:30
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Güney Azərbaycan ərazilərində xərçəng xəstəliyi ötən illərlə müqayisədə sürətlə yayılır. Bölgə ağciyər xərçəngi üzrə İran əyalətləri arasında birinci yerdədir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Tibb Universitetinin reaktoru Cavad Ağazadə deyib.

O qeyd edib ki, son aylarda bölgədə 9 min 900 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulub.

Cavad Ağazadənin sözlərinə görə, kişilər sinir sistemi xərçəngi üzrə ölkədə birinci, qadınlar isə eyni səbəbdən ikinci yerdədir:

“Güney Azərbaycan qadın döş xərçəngi üzrə İran əyalətləri arasında 12-ci yeri tutur. Hər il əyalətdə təxminən 5 000 nəfərə müxtəlif xərçəng xəstəliyi diaqnozu qoyulur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər