30 Yanvar 2019 09:01
2 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara məhkəməsi özünü "Mehdi" və "Rəsul" elan etmiş ilahiyyatçı İsgəndər Evrenesoğluna məxsus 5 internet saytının bağlanması haqda qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, saytların qapadılması ilə bağlı iddianı Türkiyənin Dini İşlər üzrə Komitəsi (Diyanət İşləri Başkanlığı) qaldırıb.

Komitə İsgəndər Evrenesoğlunun yazdığı Quranın tərcümə və təfsirinin islam dininin təməl prinsiplərinə zidd olduğu fikrinə gəlib.

İsgəndər Evrenesoğlu özünə vəhy gəldiyini və "Risalət nurları" kitabını Allah tərəfindən vəhy yoluyla yazdığını bildirir.


Müəllif: Mahir

Oxşar xəbərlər