İngiltərə şahzadəsi II Yelizabet 92 yaşında da çoxsaylı işgüzar yığıncaqlarına qatılır. Təkcə sağlamlığı yerində olduğu üçün yox, eyni zamanda professional tibbi yardım alması səbəbindən özünü yaxşı hiss edir.
Teleqraf.com xəbər verir ki, bu nümunədən çıxış edən mütəxəssislər düzgün yaşayış tərzi olsa xəstələrin 80 faizinin həkim yardımına ehtiyac duymayacaqlarını deyirlər.
Yəni insan orqanizmində ortaya çıxan problemlərinin çoxunu özü həll edə bilər. Bunun üçün diqqət edilməli gərəkən və ingilis şahzadəsi üçün həkimin verdiyi tövsiyələri təqdim edirik:
Mümkünsə fermadan alınmış təzə ağartı məhsulları yeyin. Konserv yerinə təzə meyvə və göyərtidən istifadə edin. Meyvə şirələrini kök, alma, zəncəfil və kərəviz şirələrinə dəyişin. Hər gün 6-8 stəkan su için.
Səhər, günorta və axşam yeməyi üçün ən yaxşı yeməklər isə bunlardır:
Səhərlər yüngül – bir yumurta, badam, süzmə pendir kimi protein tərkibli qidalarla kifayətlənin. Buna meyvə və ya qatıq da əlavə edə bilərsiniz.
Günorta yeməyi gün boyunca ən kalorili yemək olmalıdır. Misal üçün, toyuq, salat və göyərtilər, protein və karbohidratlar, çox şirin olmayan şirniyyat yeyə bilərsiniz
Axşam yeməyiniz də yüngül olmalıdır. Şam yeməyini axşam saat 19-dan 20-yə qədər bitirmək daha yaxşı olar. Ədviyyatlı, ağır və şəkərli yeməklərdən uzaq durun. Onların həzmi uzun çəkdiyi üçün yuxu da pisləşir.
Düzgün durmaq sağlamlıq və gözəlliyin təməlidir. Bunun üçün aşağıdakıları etmək məsləhətlidir:
Ayağa qalxın ya da oturun. Başınızı dik tutun və kiminsə sizi yuxarı çəkdiyini xəyal edin. Çiyninizi geridə saxkayın. Boyun və çiyin əzələlərinizin artıq dartınmadığını hiss edənə qədər çənənizi qaldırın.