6 Fevral 2019 20:20
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Respublikasının paytaxtı Minsk şəhərində ənənəvi XXVI beynəlxalq kitab sərgi-yarmarkası açılıb. Sərgi fevralın 6-sı işə başlayıb.

Sərgi-yarmarkada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ölkəmizin Belarusdakı səfirliyinin dəstəyi ilə milli stend qurub. Azərbaycanın stendi tərtibatı və kitabların çeşidinə görə sərginin mühüm stendlərindən biri kimi qiymətləndirilib. Stenddə Azərbaycanın bugünkü həyatı, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, həmçinin ölkəmizin tarixi ilə bağlı mühüm kitablar sərgilənir. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli stendimizi ziyarət edənlərə mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz, müasir ədəbiyyatımız haqqında geniş məlumat verilir, onlara jurnal, informasiya bukletləri paylanılır.

Sərginin açılış günü milli stendi Belaruslu rəsmi şəxslər, xarici ölkələrin səfirləri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, ölkəmizin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov ziyarət edib.

Respublikanın müxtəlif nəşriyyatları tərəfindən çap edilən məhsulların nümayiş olunduğu ekspozisiyanın fəaliyyətində Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr" fəal iştirak edir.

Qeyd edək ki, sərgi fevralın 10-dək davam edəcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər