12 Fevral 2019 09:01
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran hakimiyyəti həmişə özünü müdafiə etmək üçün beynəlxalq hüquq normalarını, insan haqlarını ən kobud formada pozub”.

İran hakimiyyətinin Güney Azərbaycandan olan milli-mədəni fəallara qarşı təzyiqlərini sərtləşdirməsini Teleqraf.com-a şərh edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) başqanı Sabir Rüstəmxanlı belə deyib.

VHP rəhbəri bildirib ki, İran hakimiyyəti uzun illərdir böyük bir milləti öz ana dilində təhsil almaqdan, danışmaqdan, öz uşaqlarına milli ad verməkdən məhrum edir:

“Bu azmış kimi, Azərbaycan türklərinə məxsus tarixi məkanların adlarını dəyişdirirlər. Urmiya gölünü qurudurlar ki, burada yaşayan insanlar köçüb başqa yerlərə getsinlər. Yəni, bir insanın başqa insana etmədiyini, bir dövlətin öz vətəndaşına rəva görmədiyi bütün vəhşilikləri Azərbaycan türklərinin başına gətirirlər. Bunun adını “şiə qardaşlığı” qoyublar.

Üstəgəl, Azərbaycan türklərinin başı üzərindən bu ölkədə yaşayan ermənilərə və işğalçı Ermənistana yardım edirlər. İran hakimiyyəti işğalçı Ermənistanı ayaqda saxlamaq üçün neft, qaz, elektrik enerjisi, su, hava, nə lazımdırsa, hamısını verir. Bununla da işğalçıların Dağlıq Qarabağda möhkəmlənməsinə şərait yaradır. Belə olan halda biz İran hakimiyyəti haqda hansı xoş sözü deyə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər