13 Fevral 2019 13:48
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Aparatın və tabeli qurumların rəhbər şəxsləri, pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıq emalı müəssisələrinin nümayəndələri, qabaqcıl fermerlər iştirak ediblər.

Tədbirdə bir ay əvvəl keçirilmiş müşavirədə verilən tapşırıqların icra vəziyyəti, 2019-cu ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, aparılmış şumun vəziyyəti, texnika, gübrə, toxum, dərman və su təminatı ilə bağlı mövcud durum müzakirə olunub.

Müşavirə iştirakçıları “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.

Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığın inkişafına həsr olunmuş müşavirələr ayda bir dəfə keçirilir.


Müəllif: Aytən

Oxşar xəbərlər