Prezident İlham Əliyev bu gün Türkiyənin baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.
Teleqraf.com-un məlumatına görə, dövlət başçısı Əhməd Davudoğlunu Türkiyənin yeni baş naziri təyin edilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Ə.Davudoğlu təbrikə və diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Səxavət