17 Fevral 2019 23:59
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər sosial şəbəkələrdə azərbaycanlılar və çeçenlər arasında Moskvada baş verən insidenti gərginləşdirməyə səsləyiblər. Ermənilər hər iki tərəfin adından təhqiredici şərhlər yazaraq iki qardaş xalqı üz-üzə qoymağa çalışırlar.

Maraqlı məqam isə ondan ibarətdir ki, bunları təşviq edən şəxslərdən biri Ermənistan parlamentinin hazırki deputatı Abram Abovyandır.

Ermənistan parlamentinin üzvü, Çiçəklənən Ermənistan fraksiyasının millət vəkili Abram Abovyan öz facebook səhifəsində paylaşım edərək Azərbaycanlılarla-Çeçenlər arasında olan insidentin ermənilər üçün bir fürsət olduğu bildirilir.

Onu da qeyd edək ki, Moskvadakı insident Azərbaycanın Rusiyadakı səfirliyinin də diqqət mərkəzindədir. Belə ki, səfir Polad Bülbüloğlu Moskva şəhər baş polis idarəsinin rəisi ilə görüşüb.

Səfir Polad Bülbüloğlu Azərbaycan və çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq münasibətləri, çoxmillətli Moskva məkanında belə insidentlərin yolverilməzliyi, onların böyüyərək idarə oluna bilməyən həddə çatmasının qarşısının alınması üçün təxirəsalınmaz addımlar tələb olunduğu barədə Baş İdarə rəisini məlumatlandırıb.

Moskva polisinin rəisi General-leytenant Oleq Baranov isə bildirib ki, hər iki insidentə dair operativ iş aparılır, o cümlədən Moskvada "Neolit" kafesinə hücum faktı üzrə ittihamlar irəli sürüləcək, habelə taksi sürücüsünün qətli ilə əlaqədar intensiv araşdırma aparılır, cinayətkarların şəxsiyyəti müəyyən ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər