23 Fevral 2019 00:45
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “ASAN Radio”nun “Qəbuldasan” verilişinin qonağı olub.

Teleqraf.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən verilən məlumata əsasən, Emin Musəvinin müəllifi və aparıcısı olduğu veriliş həm radionun, həm də nazirliyin facebook səhifəsində canlı yayımlanıb.

S.Babayev veriliş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə, o cümlədən sosial təminat, pensiya təyinatı, məşğulluq, əmək münasibətləri, əlilliyin qiymətləndirilməsi və s. məsələlərə dair müraciətlərini cavablandırıb. Vətəndaşlar suallarını ASAN Radionun rəsmi facebook səhifəsi, vatsap və şəhər nömrəsi vasitəsilə veriblər.

Ümumilikdə 67 dəqiqəlik veriliş ərzində 36 suala cavab verilib. Veriliş müddətində vaxt baxımından cavablandırılması mümkün olmayan suallar nazirlik tərəfindən cavablandırılmaq, həmçinin araşdırma tələb edən müraciətlər baxılmaq üçün qeydiyyata alınıb.


Müəllif: Teleqraf.com