"Rusiyanın "Qazprombank"ı (QPB) Azərbaycan bazarı üçün strateji bankdır".
Bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda keçirilən biznes-seminar zamanı deyib.
Onun sözlərinə görə, bankla əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlər var.
S.Qurbanov bildirib ki, QPB Azərbaycanda layihələrin maliyyələşdirilməsi baxımından geniş və uğurlu təcrübəyə malikdir./Report/