15 Mart 2019 09:12
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Planetin Arktika hissəsində və digər ərazilərində iqlim dəyişikliyi nəticəsində istiləşmə Asiyada, Yaxın Şərqdə və Afrikada milyonlarla insanın vaxtsız ölümünə yol aça bilər.

Teleqraf.com xəbər verir ki, BMT-nin hesabatında belə deyilir.

Sənədi 70 ölkədən 250 alim hazırlayıb.

Onlar hesab edirlər ki, qlobal istilik buzlaqların əriməsinə, suların şirklənməsinə, bakteriyaların dərmanlara müqavimətinin güclənməsinə, eləcə də qadın və kişilərin endokrinoloji problemlərdən nəsil artırma qabiliyyətinin aşağı düşməsinə və uşaqlarda əsəb sisteminin pozulmasına gətirib çıxaracaq.

Hesabata görə, hətta iqlim dəyişikliyini nəzərə alan Paris razılaşmasına əməl olunsa belə, bu, Arktikada orta temperaturun qalxmasını önləməyəcək. 2050-ci ildə planetdə orta temperatur 3-5, 2080-ci ildə isə 5-9 dərəcə yüksələcək.


Müəllif: Mahir