16 Mart 2019 00:08
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyev ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf proqramının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, sahibkarlığın inkişafının prioritet məsələlərdən biri olduğunu və qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini bildirib.

Qeyd edilib ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait, strateji yol xəritələri, yerli istehsalın artırılması məqsədilə həyata keçirilən tədbirlər Azərbaycanda özəl sektora diqqət və qayğının nəticəsidir.

Sahibkarlığın inkişafında gömrük xidmətinin də mühüm rol oynadığını vurğulayan Telman Mehdiyev gömrük orqanlarında biznes subyektlərinin işinin asanlaşdırılması üçün layihələrin həyata keçirildiyini deyib.

Baş İdarənin rəisi gömrük sahəsində aparılan islahatlar barədə sahibkarlara ətraflı məlumat verib və bildirib ki, gömrük orqanları biznes-gömrük əməkdaşlığına xüsusi diqqət yetirir. Bununla əlaqədar, iş adamları və gömrük əməkdaşları arasında davamlı görüşlər keçirilir, sahibkarların rəy və təklifləri öyrənilir. İstər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı bütün təkliflər nəzərə alınır.

O da bildirilib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində fəaliyyət göstərən İctimai Şuranın iclaslarında gömrük işinə dair müxtəlif məsələlər müzakirəyə çıxarılır. Məqsəd xarici iqtisadi fəaliyyət iştirakçılarının qarşısına çıxan çətinliklərin həlli və gömrük əməkdaşları ilə sahibkarlar arasında münasibətlərdə şəfafflığın təmin edilməsi istiqamətində səyləri birləşdirməkdir.

Sonra sahibkarların sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər