Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" Novruz bayramı münasibətilə ümumxalq şənliyinə qatılıb. Şirkət "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş "Bahar Qalası" festivalının sponsoru olub.
Teleqraf.com xəbər verir ki, martın 20-dən 26-dək davam etmiş ənənəvi "Bahar Qalası" festivalında milli-tətbiqi sənət məhsulları, rəsm əsərləri, yerli sənətkarların hazırladıqları əl işləri, suvenirlərin satış-sərgisi nümayiş olunub. Festival çərçivəsində təşkil edilmiş konsert proqramı tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında rəqslər və nəğmələr təqdim edib, Azərbaycan estradasının ulduzlarının ifasında sevilən mahnılar səsləndirilib. Həmçinin martın 23-də "Bahar Qalası" festivalının xüsusi qonağı olan Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edib.
Azərbaycan xalqına hər zaman yaxın olan "Bakcell" şirkəti ölkənin milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək "Bahar Qalası" festivalının sponsoru olub. Festival çərçivəsində İçərişəhərdə quraşdırılmış "Bakcell" stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin burada qonaqlar "Bakcell"in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar.
Qeyd edək ki, İçərişəhərdə keçirilmiş festival və ümumxalq Novruz şənliyində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib https://youtu.be/OKhohwykxrA .
"Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. "Bakcell"in 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən çox baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən "Bakcell" şirkəti Azərbaycanda sınaq nəticələrinə görə ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test"). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.