11 Aprel 2019 21:11
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Mingəçevirdə yaşadığı beşinci mərtəbənin balkonundan yıxılan Səbinə Qarayeva bu gün uğurla əməliyyat edilib.

Teleqraf.com xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə sosial şəbəkədəki səhifəsində bildirib.

“Əməliyyat ailənin müraciət etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib. Məlumatı mənə indi telefon zəngi ilə Səbinənin nənəsi Həkimə xanım bildirdi”, - millət vəkili yazıb.

Qeyd edək ki, hadisə martın 10-da şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib.

Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb. Məlumata görə, S.Qarayeva nişanlıdır, martın 24-ü toyu olacaqmış. Ehtiyatsızlıqdan yıxılan qızın aşağı mərtəbələrin eyvanlarındakı sərgi iplərinə dəyə-dəyə düşdüyünə görə belə hadisə üçün az zədə aldığı qeyd edilib.

Xatırladaq ki, hadisədən dərhal sonra açıqlama verən A.Mirzəzadə sağalandan sonra Səbinənin toyuna gedəcəyini, ya da hədiyyə göndərəcəyini söz verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər