18 Aprel 2019 15:45
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunda yeni yol infrastrukturu layihəsinin icrasına start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, söhbət Hövsan qəsəbəsindən “Zeytun sovxozu” adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala avtomobil yoluna birləşən yeni avtomobil yolunun tikintisindən gedir.

Dövlət başçısının tapşırıq və sərəncamları ilə Bakı şəhəri və onun qəsəbələrində vətəndaşların rahat gediş-gəlişində çətinlik yaranan ərazilərdə yol infrastrukturunun yaradılması istiqamətində icra olunan layihələr çərçivəsində hazırda “Zeytun sovxozu” adlanan yaşayış sahəsində 6.6 km uzunluğunda yeni yollar inşa olunur.

Layihəyə uyğun olaraq Hövsan qəsəbəsinin mərkəzi yolu ilə “Zeytun sovxozu” adlanan yaşayış sahəsindən keçməklə Zığ-Qala avtomobil yolunu birləşdirəcək yeni avtomobil yolunun uzunluğu 2.2 km-dir. Buna paralel olaraq bu yoldan ayrılan və yaşayış sahəsinin mərkəzinə, həmçinin orta məktəbə kimi gedən 3 küçədə də tikinti işləri görülür. Bu küçələrin uzunluğu isə 4.4 km-dir.

Sadalanan işlər xüsusən payız-qış mövsümündə keçilməz olan torpaq əsaslı yollarda aparılır və yaşayış sahəsinin ümumi istifadədə olan yollarını əhatə etməklə vətəndaşların neçə illərdir ki, yol ilə bağlı qarşılaşdığı problemlərin həllinə hesablanıb.

Yeni yol və küçələrin 2 hərəkət zolaqlı olmaqla enləri 8 metr təşkil edəcək.

Ərazidə yeni yol infrastrukturu yaradıldığı üçün burda işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yollar boyu yararsız qrunt qazılaraq çıxarıılıb, əvəzinə yararlı qrut tökülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca lazımi qarışıqlardan istifadə olunmaqla yeni yol əsası inşa edilib və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Hazırda tikinti işləri texnoloji ardıcıllığa uyğun olaraq dövlət agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün lazımi yol nişanları və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkilməklə hazırda tikinti işlərinin aparıldığı ərazi boyu yeni yol infrastrukturu yaradılacaq. Bununla da 2 yaşayış məntəqəsinin 37 mindən çox əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər