Ölkənin bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell, müştərilərinin istifadəsinə yazın ən sərfəli fürsəti olan yeni smartfon kampaniyasını təqdim edir. Abunəçiləri üçün ən son texnologiyaları dəstəkləyən smartfonları daha da əlçatan etmək məqsədilə, yalnız iyun ayının 20-dək Azercell-dən Xiaomi smartfonu alan hər müştəriyə xüsusi hədiyyələr təqdim edilir. Belə ki, Xiaomi smartfonu əldə edən bütün Azercell Fakturasız Xətt abunəçilərinə ödənilən məbləğin 150 manatadək dəyəri keşbək olaraq 6 ay ərzində hissə-hissə nömrənin balansına qaytarılır. Azercell Fakturalı xətt abunəçilərinə isə Xiaomi smartfonu aldıqda, 6 ay ərzində aylıq 10GB həcmində mobil internet paketi nömrənin balansına hədiyyə olunur.
Bu yazın ən sərfəli kampaniyası Azercell-də! Azercell-dən ən son model Xiaomi smartfonunuz ilə bu yaz sevdiklərinizə bir zəng tək yaxın olmaq fürsətini qaçırmayın!
Əlavə məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/monthly/xiaomi/ səhifəsinə daxil olun.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.