4 May 2019 12:33
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

24 yaşlı şəhid zabit Nəcəfov Vüqar Telman oğlunun anım mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasim Bakının 173 saylı orta məktəbdə baş tutub.

Tədbirdə Vüqar Nəcəfovun döyüş yolundan, həyatından bəhs edən tamaşa nümayiş olunub. Daha sonra Qarabağ müharibəsindən, aprel döyüşlərində ordumuzun uğurlarından söhbətlər açılıb. Qarabağ uğrunda döyüşlərdə iştirak edən qazilər ordumuzdan şəhid zabitlə bağlı xatirələrindən danışıblar.

Əslən Füzuli rayonundan olan şəhid zabit 24 yaşında torpaqların müdafiəsi uğrunda həlak olub. Doğum günündən 16 gün sonra şəhidlik məqamına yüksələn Vüqardan xatirə kimi təhsil aldığı məktəbdə xüsusi guşə qalıb.

Təhsil aldığı məktəbin kollektivi hər il olduğu kimi bu il də şəhidin ad günü ərəfəsində onun anım tədbirini keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər