Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.
APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 4-5 oktyabr Qurban bayramıdır. Əmək Məcəlləsinə əsasən 4 və 5 oktyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 6 və 7 oktyabr tarixləri qeyri-iş günü olacaq.