17 May 2019 17:53
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın paytaxtı Vyanada Avropa Olimpiya Komitələri (EOC) İcraiyyə Komitəsinin növbəti iclası işə başlayıb.

"Report"un məlumatına görə, tədbirdə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir.

Həmçinin, iclasa EOC prezidenti Yanez Kotsiyançiç, baş katib Rafael Panyotsi, Milli Olimpiya Komitələri Assosiyasiyasının baş katibi Qunilla Lindberq qatılıb.

Qeyd edək ki, 18-19 mayda Vyanada Avropa Olimpiya Komitəsinin 40-cı Seminarı keçiriləcək. Seminarın gündəliyinə qarşıdan gələn Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabatı, müxtəlif komissiyaların məruzə çıxışları və gündəmdə olan mövzuların müzakirəsi daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər