18 May 2019 12:12
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qadınların rəhbər vəzifələrdə çalışdığı ölkələr hər zaman inkişaf edir: “Azərbaycanda elə sahələr var ki, orada işləyən qadınların sayı kişilərin sayından çoxdur. Məsələn, təhsil, mədəniyyət və səhiyyə sahəsində qadınların sayı hər zaman çox olub. Amma yüksək vəzifələrdə daha çox kişilər çalışırlar. Bu da qadınlar arasında özünəinam hissini azaldır”.

Dövlət Komitəsinin sədri Azərbaycan cəmiyyətində qadınların, o cümlədən gənc qızların xüsusi yer tutmasını arzuladığını söyləyib: “Çünki əhalinin yarısını qadın cinsinin nümayəndələri təşkil edir və qadınlar ölkədə baş verən bəzi proseslərdə iştirak etməsələr, hansı inkişafdan söhbət gedə bilər?! Gender anlayışı təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bəzi ölkələrində də düzgün başa düşülmür"./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər