“Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar Azərbaycanın bütün mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır”.
Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, bununla bağlı Mədəniyyət Nazirliyində iclas keçirilib: “Bu gün səhər bu məsələ və digər tədbirlərlə bağlı iclas keçirilib və tapşırıqlar verilib. Ümumilikdə, respublika üzrə muzey və teatr müəssisələri yayın ortasına qədər fəaliyyət göstərəcək və daha sonra tətilə çıxacaq”./Report/