21 May 2019 10:26
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Teleqraf.com-a verilən məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində rayonun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələri və Qaraçuxur qəsəbəsinin bəzi hissələrinə) içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Müəllif: Teleqraf.com