“Hərdən evdə işləri mən görürəm. Ülviyyə evə yorğun gələndə çayını, yeməyini də verirəm. Adətən, kişilər qadınlara yuxarıdan aşağı baxır. Mən həyat yoldaşıma özümdən üstün baxıram, inanıram ki, onun üçün də mən beləyəm. Vaxtaşırı küsüb-barışırıq. Barışandan sonra isə daha mehriban oluruq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Yanmış körpülər” serialı ilə məşhurlaşan Bakı Bələdiyyə Teatrının aktyorları Ülviyyə və Toğrul Rza cütlüyü AzTV-də yayımlanan “Gün başladı” proqramında qonaq olarkən deyib.
Belə ki, evliliklərindən söz açan Toğrul həyat yoldaşını özündən üstün saydığını bildirib.