“Səhhətdəki problemlər səbəbindən döşlərini itirmək fiziki, sosial və ruhi baxımdan qadınlara mənfi təsir edir”.
Teleqraf.com xəbər verir ki, türk professor Osman Kelahmetoğlu diep-flep teknikası ilə döş bərpa əməliyyatından danışıb.
Kelahmetoğlu qeyd edib ki, döş itkisi qadınlarda bədən hissiyyatının yox olmasına səbəb ola bilər:
“Artıq bu gün əməliyyatla (rekonstruksiya ilə) döşü yenidən bərpa etmək mümkündür. Bu əməliyyat bədənin hansısa bir yerindən, xüsusən də qarından götürülmüş toxumalarla həyata keçirilir.
Təktərəfli olacağı halda 4, ikitərəfli bərpa əməliyyatında isə proses 6-8 saat çəkir, təxminən 3 həftə ərzində xəstənin səhhəti tam bərpa olunur”.