Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi tədqiqat müəssisələrində direktor vəzifələrini tutmaq üçün seçkilərin keçirilməsi haqqında elan verilib.
AMEA-dan Teleqraf.com-a verilən məlumata görə, direktor vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı olan alimlər sırasından müvafiq bölmənin bürosu, həmin bölmədən olan üzvlər və ya həmin elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.
Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə) iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir:
- namizədin irəli sürülməsi haqqında müvafiq bölmə bürosunun, AMEA-nın həmin bölmədən olan üzvünün və ya elmi müəssisənin elmi şurasının təqdimatı;
- namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;
- elmi əsərlərin təsdiq olunmuş siyahısı;
- kadr uçotu üzrə şəxsi vərəqə;
- 2 ədəd fotoşəkil (6x9 sm.);
- təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;
- tərcümeyi-hal.
Aşağıdakı elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edilib:
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:
Fizika İnstitutu
İdarəetmə Sistemləri İnstitutu
Riyaziyyat və Mexanika İnstitutu
İnformasiya Texnologiyaları İnstitutu
Biofizika İnstitutu
Kimya Elmləri Bölməsi üzrə:
Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu
Yer Elmləri Bölməsi üzrə:
Geologiya və Geofizika İnstitutu
Biologiya və Tibb Elmləri Bölməsi üzrə:
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu
Mərkəzi Nəbatat Bağı
Humanitar Elmlər Bölməsi üzrə:
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Hüseyn Cavidin Ev Muzeyi
İctimai Elmləri Bölməsi üzrə:
Fəlsəfə İnstitutu
Milli Azərbaycan Tarixi Muzeyi
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu.