İyunun 13-də saat 15:30-da Balakən rayon Mədəniyyət Mərkəzində “Müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr” və “Terrorçuluqla mübarizədə ictimaiyyətin rolu” mövzularında elmi-praktiki konfrans keçiriləcək.
Teleqraf.com xəbər verir ki, konfrans Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə baş tutacaq.