13 İyun 2019 11:19
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün keçirilən Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes-forumunda 1 000-ə yaxın iş adamı iştirak edir”.

Bunu tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Bundan başqa, nazirin sözlərinə görə, hazırda ölkədə 1 600-dən çox Aİ şirkəti fəaliyyət göstərir. İndiyə qədər bu şirkətlər Azərbaycan iqtisadiyyatına 33 milyard dollar investisiya qoyub. Azərbaycan isə Aİ ölkələrinin iqtisadiyyatına 15 milyard dollar investisiya yatırıb.

“Aİ-nın Cənubi Qafqaz regionu üzrə ticarət dövriyyəsinin 78%-i Azərbaycanın payına düşür. Azərbaycanın isə xarici ticarət dövriyyəsində Aİ ölkələri 42% paya malikdir. Ötən il ticarət dövriyyəmiz 30% artıb. Qeyri-neft sektorunda Aİ bazarının böyük potensialı var”, - deyə Ş.Mustafayev qeyd edib.

Nazir Aİ ilə Azərbaycan arasında tranzit potensialı, regional layihələrin əhəmiyyəti barədə də danışıb və ötən il 9,3 milyon ton yükün daşındığını bildirib.

“Hazırda Azərbaycan Aİ ilə yeni saziş üzrə müzakirələr aparır. İnanırıq ki, bu saziş əməkdaşlığa yeni töhfə verəcək”, - deyə Ş.Mustafayev bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər