15 İyun 2019 12:11
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Palitra ART" verilişi ilə bağlı bir sıra saytlarda yayılan məlumatlara münasibət bildirib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qarşı tərəfin mövqeyi öyrənilmədən, əbəbi bildirilmədən verilişin bağlanması, aparıcıya haqsızlıq edilməsi həqiqətəuyğun deyil:

“AzTV-də kreativ qrup yaradılıb və qrupa kifayət qədər təcrübəli, “Ağ-Qara”, “Gənclik stansiyası”, “Sağlam ol”, “Gün başladı” kimi kreativ layihələrin rəhbəri Nazilə Babayeva rəhbər təyin olunub.

Burada məqsəd forma və məzmun baxımından köhnəlmiş, müasir tamaşaçının tələblərinə cavab verməyən verilişləri müəyyən edərək onları ya başqa verilişlərlə əvəz etmək, ya da keyfiyyət baxımından dəyişdirməkdir. “Palitra ART” də bu verilişlərdəndir. Verilişin müəllifi ilə rəhbərlik bir neçə dəfə görüşüb, iradlarını bildirib”.

Qurumdan təəssüflə bildirilib ki, bəzi informasiya portalları AzTV-də son vaxtlar ard-arda müxtəlif mövzularda start götürən verilişlərin fonunda keyfiyyətcə uyğun olmayan bir verilişin bağlanmasını “qalmaqal” başlığı ilə, jurnalistika qaydalarına zidd olaraq qarşı tərəfin mövqeyini öyrənmədən sensasiya kimi tirajlayıblar:

“Hər televizyada adi hal sayılan verilişlər üzərində iş prosesi, hansısa layihənin bağlanması və ya açılması prosesinin belə qalmaqal kimi təqdim edilərək şou yaradılması oxucularda çaşqınlıq yaradır ki, bu da peşə qaydaları baxımından arzuolunan hal deyil.

AzTV həmişə həmkarların müraciətlərinə açıqdır, həmkarlarla əməkdaşlıqdan məmnun olardı”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər