22 İyun 2019 11:07
1 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyi, yüksək rütbəli zabitlər, Ali Hərbi Məktəbin, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Nazirliyin nümunəvi hərbi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni səsləndirilib.

Çıxış edən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov əlamətdar gün və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi münasibətilə gənc zabitləri, onların valideynlərini təbrik edib.

N.Osmanov məzunlara ölkənin gələcəyi, ordunun, dövlətin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar diləyib.

Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib. Sonda kursantlar hərbi marşın sədaları altında tribunanın önündən keçiblər./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər