18 İyun 2019 18:56
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz və Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Aran bölgəsində ictimai iştirakçılığın gücləndirilməsi” təşəbbüsü həyata keçirilir.

Bu təşəbbüsün məqsədi ictimai iştirakçılığın, ictimai nəzarətin genişlənməsi, uğurlu vətəndaş iştirakçılığı nümunələrinin yardılması və təbliğinə yardım göstərilməsidir.

Bu məqsədlə Saatlı, Sabirabad, İmişli və Hacıqabul rayonlarında rayonlarında vətəndaşların özlərinin təşəbbüsü ilə yerli əhəmiyyətli məsələlərdən birinə həsr olunacaq ictimai dinləmə təşkil olunması planlaşdırılıb. Bu məqsədlə layihə ekspertlərinin yardımı ilə fəal ictimaiyyət nümayəndələrindən ibarət Təşkilat Komitəsinin formalaşdırılacaq və Komitə üzvləri tərəfindən bütün maraqlı tərəflərin iştirakıyla ictimai müzakirə təşkil ediləcək.

Vətəndaşların, özləri tərəfindən İctimai Müzkirə və İctimai dinləmə keçirilməsi üçün Vizual rəhbərlik hazırlanacaq. İki vizaul rəhbərlikdə çox qısa formada (5 dəqdən çox olmamaq şərti ilə) video-qrafika vasitəsilə ictimai müzakirə və ictimai dinləmə keçilrməsi üçün qanunvericilikdə nəzərdə tutulan tələblər əks etdiriləcək.

Hər iki vizual bələdçinin populyarlaşması və daha geniş auditoriyanı əhatə etməsi üçün İnternet TV, sosial şəbəkələr, populyar elektron KİV-də yayılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər