3 İyul 2019 12:33
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi işıqforların fəaliyyətində yaranmış problemlərlə bağlı sürücülərə müraciət edib.

Teleqraf.com-un xəbərinə görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov APA-ya bildirib ki, paytaxtın bəzi ərazilərində işıqforlarda işində yaranmış problemlər hərəkət iştirakçılarını çaşdırmamalıdır: “Bizim sürücülərimiz bilir ki, nizamlanan və nizamlanmayan yol ayrıclarında hərəkəti qanunla tənzimlənir. Bu gün işıqforun işləməməsi hərəkət iştirakçıları arasında heç bir çaşqınlıq yaratmamalıdır. Əgər texniki səbəbdən işıqforlar işləmirsə sürücülər həmin ərazidə qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkət etməlidir".

V.Əsədov qeyd edib ki, işıqforların işləməməsi bəzi küçə və prospektlərdə tıxacların yaranmasına səbəb olub: "Hazırda yol polisi əməkdaşları həmin ərazilərdə xidmət aparır və nəqliyyatın hərəkətini nizamlamağa çalışır. Yol polisinin göstərişləri hər bir sürücü tərəfindən yerinə yetirilməlidir".

V.Əsədov həmçinin sürücüləri düzgün hərəkət zolağından istifadə etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər