İyulun 27-dən etibarən Bakıda küləyin sürəti azalacaq.
Bunu Teleqraf.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, iyulun 25-i və 26-da mülayim şimal-qərb küləyi arabir güclənəcək:
“Havanın temperaturu gündüz saatlarında 29-33 dərəcə isti təşkil edəcək”.
Nazirlik rəsmisi deyib ki, iyulun 27-28-də paytaxtda hava şəraitinin sabit və gün ərzində yağmursuz keçəcəyi gözlənilir, mülayim şimal-şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu gündüz saatlarında 31-35 dərəcə arasında dəyişəcək.
Qeyd edək ki, son vaxtlar ölkə ərazisində davamlı olaraq küləkli hava şəraiti müşahidə edilir. Arabir güclənən külək bir sıra fəsadlara da yol açır.